Bakıda icarəyə götürülən avtomobillə qəza törədildi, yaralı var - FOTO

Bakıda icarəyə götürülən avtomobillə qəza törədildi, yaralı var - FOTO

"Cip" qırmızı işıqda dayanan VAZ-ı vurdu

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Babazadə Pərviz icarəyə götürərək idarə etdiyi 90-OX-999 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobillə sürət həddini aşaraq işıqforun qırmızı işığında dayanan, 1999-cu il təvəllüdlü Əlizadə Elcanın idarə etdiyi 67-BD-387 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə vurub.

Həmçinin oxu: Bakıda yağışlı havada dəhşətli yol qəzaları - VİDEO

Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib. Qəzada "VAZ 2107" markalı avtomobilin sürücüsü Əlizadə Elcan xəsarət alıb. Hadisə yerinə PPX əməkdaşları və evakuator xidməti gəlib. 

Qeyd edək ki, hadisəni törədən maşın paytaxtda yerləşən "Rent car" şirkətlərindən birinə məxsusdur.

Bakıda icarəyə götürülən avtomobillə qəza törədildi, yaralı var - FOTO, fotoşəkil-1 Bakıda icarəyə götürülən avtomobillə qəza törədildi, yaralı var - FOTO, fotoşəkil-2 Bakıda icarəyə götürülən avtomobillə qəza törədildi, yaralı var - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı yol qəzası icarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər