Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşıb, avtobuslar da gecikir

Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşıb, avtobuslar da gecikir

Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - VİDEO

Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

BakuCity.az

Bakı yanğın avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər