Baba cinayətkarın cəzasına çatmasını istəyir
Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.
Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.
Məlumata əsasən, uşaqlar hazırda ana babalarının yanındadırlar.
Həmçinin oxu: Bakıda ögey ana uşaqlara işgəncə verdi, Komitə işə qarışdı - FOTO
Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.
Uşaqların babası azyaşlılara verilən işgəncədən danışıb, cinayətkarın cəzasına çatması üçün aidiyyəti şəxslərdən kömək istəyib.
BakuCity.az Yeniavaz.com-a istinadən həmin videonu təqdim edir: