Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı AÇIQLAMA

Yol polisindən Bakı-Sumqayıt yolu ilə bağlı AÇIQLAMA

Məhdudiyyət nə qədər davam edəcək?

Yol polisi “Eurohome” ticarət mərkəzində baş vermiş yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldığı üçün sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

BakuCity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib:

“Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədəuyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.

Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Zabrat-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin.

Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.

Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət yanğın tam söndürülənə qədər davam edəcək”.

BakuCity.az

Bakı Sumqayıt yol polisi yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər