Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO

Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO

Sərhəddən sürətli keçid təmin olunacaq

Bakı aeroportunda elektron qapılar quraşdırılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən BakuCity.az-a verilən məlumata görə, pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Bir sıra inkişaf etmiş ölkələrin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qabaqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşağıdakı ardıcıllıqla keçə biləcəklər:

- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qapının skan yerinə daxil edir;

- sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş biometrik fotoşəkli avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır;

- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkarlandıqda sistem siqnal verir.

206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qapılar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin daha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO, fotoşəkil-1 Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO, fotoşəkil-2 Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO, fotoşəkil-3 Bakı aeroportunda elektron qapılar quraşdırıldı - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı hava limanı elektron qapılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər