Aviasiya dəstəsinin "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub
Bakıda tikinti bazarında yanğını söndürmək üçün təyyarə göndərilib.
Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin müvafiq qüvvələri tərəfindən Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.
Həmçinin oxu: Bakıda tikinti bazarında yanğını söndürmək üçün helikopterlər havaya qalxdı: zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
Yanğının söndürülməsi məqsədilə hadisə yerinə FHN-in Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.