Bakıda əlilliyi olan sənətkarların iştirakı ilə rəqs və musiqi qala tədbiri keçirilib - FOTO

Sənətkarlar incəsənəti şəfa mənbəyi seçiblər

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqdır.

BakuCity.az məlumat verir ki, İtaliyanın "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.

Qala tədbirində "Nazareno" Sosial Kooperativi "Sciá Sciá" orkestrinin çıxışını, "EgoMuto kollektivinin xoreoqraf İren Straççiatinin quruluşunda "Səyyahlar", "DanzaMobiles" komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda "Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır" rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında "Addım" tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın "Əlaqə" meditasiyasını nümayiş etdirib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkətinin direktoru Nigar Sultanova və "Nazareno" Sosial Kooperativinin prezidenti Serxio Vini hər kəsin cəmiyyətdə bərabər hüququ olduğunu qeyd edib, tədbirin əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyəti üçün faydalı olacağına inandıqlarını bildiriblər.

Layihə çərçivəsində iki ölkənin sənət adamlarının təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn birgə rəqs nömrəsi də təqdim olunub.

BakuCity.az

Bakı konset Heydər Əliyev Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
O, huşunu itirib Yanvarın 27-də Bakının Yasamal rayonunda taksi sürücüsü soyğunçuluğa məruz qalıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Rayon Polis Şöbəsindən Oxu.az-a bildirilib. Saat 04 radələrində Abbas Mirzə Şərifzadə küçəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü, 31 yaşlı Xəqani Səfərov sərnişin kimi avtomobilinə minən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Hücum edənlərdən biri H.Səfərovu yumruqla başından vurub, nəticədə o, h...
Cəmiyyət
30 ədəd ağac və kollar əkilib Yanvarın 28-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. BakuCity.az xəbər verir ki, yenilənmış növbəti həyət Yasamal rayonu, Parlament prospekti 2B, 4 və 6A ünvanlarında 600 sakinin yaşadığı üç yaşayış binasını əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətd...
Cəmiyyət
Qaydaları kobud şəkildə pozub Bakıda toy karvanındakı sürücülərdən birinin yol hərəkəti qaydalarını kobud surətdə pozması kameraya düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. Həmçinin oxu: Araz Abdullayev Bakı küçələrində "avtoşluq" etdi - VİDEO Görüntülərdə “Niva” markalı avtomobilin sürücüsünün “avtoşluq” etməsi əks olunub. BakuCity.az
Cəmiyyət
Dövlət Gömrük Komitəsinə müraciət olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib. AQTA-dan BakuCity.az-a bildirilib ki, ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsin...
Cəmiyyət
Küçəyə çıxmaq qadağandır “Çinin Uhan şəhərindəki tələbələrimizin, vətəndaşlarımızın vəziyyəti digər bölgələrdəki vətəndaşlarımızla müqayisədə daha ağırdır. Çünki onlar yaşadıqları mənzillərdə, təhsil aldıqları ali məktəblərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər”. BakuCity.az xəbər verir ki, bunu AzTV-yə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı deyib. Səfir bildirib ki, vətəndaşlarımız lazımi ərzaq ehtiyatı...
Cəmiyyət
Səhiyyə ocaqlarında "qaynar xətlər" yaradılacaq Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən BakuCity.az-a verilən m...
Cəmiyyət
Bu, yeni iş yerlərinin açılmasına da imkan verəcək Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər. BakuCity.az-ın məlumatına görə, qurumdan FED.az-a bildiri...
Hadisələr
Gəmidə dəlik əmələ gəlib Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dən BakuCity.az-a bildirilib ki, 2020-ci ilin 25 yanvar tarixində saat 21 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma t...
Cəmiyyət
Əsas məsələ fövqəladə hal çantasının olmasıdır Bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 bal gücündə zəlzələ əhali arasında təşvişə səbəb olub. Zəlzələnin baş verməsi binalarda və yaşayış obyektlərində dağıntılarla nəticələnib. Qonşu ölkədəki hadisə Azərbaycanda tikilən yeni binaların zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib. Çünki ölkəmizdə də zaman-zaman güclü və zəif zəlzələlər olub. Yeni tikilən çoxmərtəbəli binalarda hər h...