Bakıda “Əbu Bəkr” məscidi yenidən açılır?

Bakıda “Əbu Bəkr” məscidi yenidən açılır?

Məsciddə icma yaradılacaq

Bakıda “Əbu Bəkr” məscidinin yenidən açılması nəzərdə tutulur.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün məsciddə icmanın yaradılması planlaşdırılır:

Həmçinin oxu: Bakıda böyük məscid tikilir - FOTO

“Məscidin minarəsinin təməlində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”. 

BakuCity.az

Bakı məscid icma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər