Daha 6-sı gətiriləcək
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
BakuCity.az məlumat verir ki, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Bununla da "Stadler" qatarlarının sayı 9-a çatıb.
QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirib ki, yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır:
Həmçinin oxu: Bakı-Pirşağı qatarlarının qrafikindən narazılıq: "Səhər saat 7-də şəhərdə nə edək?"
“İsveçrə şirkətindən "FLIRT" tipli, daha 6 birmərtəbəli qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək.