Bakıda tikinti bazarını yolu genişləndirmək üçün yandırdılar? - RƏSMİ CAVAB

Bakıda tikinti bazarını yolu genişləndirmək üçün yandırdılar? - RƏSMİ CAVAB

Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı?

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb.

BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizimyol.info-ya bildirib ki, Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb:

Həmçinin oxu: Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO

“Xırdalan dairəsində, "Ekologiya postu" ətrafında yolun genişləndirilməsi işinə başlanılıb. Həmin ərazidə olan obyektlərə kompensasiya ödənilməsi razılaşdırılıb. Yolun genişləndirilməsi işi plana uyğun davam edəcək. "Ekologiya postu"nun yaxınlığında yerləşən "EuroHome” tikinti materialları bazarının ərazisi isə yolun genişləndirilməsi üçün nəzərdə tutulan sahəyə daxil deyil”.

BakuCity.az

Bakı ticarət mərkəzi yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər