Zorge parkının tarixçəsi, bakılı kəşfiyyatçının iti baxışları - FOTO

Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür"

Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək.

Alman mühəndisin fikri

1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və parklar üçün ayırdı. Lakin Şəhər Duması böyük Aleksandrovski bulvarı planını qəbul etmədi.

1927-ci ildə Bakıya ezam olunan memar Aleksandr İvanitski şəhər planı üzərində işləyərkən Nikolay von der Nonnenin yaşıllıq zonalarını təqdim etdi. Beləliklə, hər şeyə rəğmən Məmmədyarov qəsəbəsində Aleksandrovski bulvarı, indiki Zorge parkı yaradıldı.

Qeyd edək ki, paytaxtın bu yaşıl guşəsi kifayət qədər geniş ərazidə yerləşir. Buna görə də, xüsusən, uşaqlarla birlikdə istirahət etmək və gəzmək üçün ən yaxşı parklardan hesab olunur.

Açıq havada uşaq dünyası 

2004-cü ilin aprel ayında park bir hissəsində yelləncəklər, atraksionlar olan “Koala park” fəaliyyətə başladı. Bu kiçik park parlaq işıqları və rəngli karuselləri ilə uşaqların diqqətini cəlb edir. Parka giriş üçün 3 manat ödənilməlidir.

Həmçinin oxu: Dədə Qorqud parkı: şəhərin mərkəzində oazis, katamaranla gəzinti - FOTO

Çoxsaylı atraksionlardan əlavə, burada uşaqlar üçün maraqlı və müxtəlif master-klaslar da təşkil olunur. Əgər uşağınız acdırsa, ərazidən uzaqlaşmaq lazım deyil. Parkda uşaqların ən sevimli yeməklərini - təzə şirələr, fri kartoflar, pizza, şirniyyatlar və s. sifariş edə biləcəyiniz kafe var.

Müasir meqapolisdə qədim dastan qəhrəmanı

Parkın digər hissəsində hündür ağaclar, gəzinti üçün geniş ərazi və xalq qəhrəmanı Koroğlunun vəfalı atı Qıratın üzərində oturmuş heykəli var. Abidənin ümumi hündürlüyü 23 metrdir. Ədəbi qəhrəmanın Ukraynada hazırlanan bu abidəsi paytaxt parkında nisbətən yaxınlarda - 2012-ci ildə qoyulub. Abidənin müəllifi heykəltəraş Tokay Məmmədovdur.

Qan donduran baxış

Əlbəttə ki, parkın əsas diqqətçəkən yeri 1981-ci ildə əfsanəvi sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgeyə qoyulmuş abidədir.

Abidə bir kəşfiyyatçının hər şeyi görən gözlərini nümayiş etdirir. Abidənin müəllifi Vladimir Siqal Zorgenin iti baxışlarını canlandıra bilib: bu gözlərlə qarşılaşan insan sanki izlənildiyini hiss edir. 

Abidə Qələbə Günü ərəfəsində parkda ucaldılıb. Abidənin açılışı Ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə keçirildi.

Uzun müddətdir işıqlandırılmasa da, abidə ona baxan hər kəsi hələ də heyran edir.

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

Bakı Zorge parkı Koroğlu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
62 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Karyerasına Niderlandda başlayıb Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. BakuCity.az məlumat verir ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran A.Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub. BakuCity.az
Cəmiyyət
Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib...
Cəmiyyət
Söküntü etirazlara səbəb olmuşdu “Sovetski” ərazisində söküntü işləri dayandırılıb. BakuCity.az Report-a istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Sakinlər arasında söküntüyə etiraz edənlər olub. BakuCity.az
Hadisələr
Bütün əşyalar külə dönüb Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil. BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məmmədli kəndində yaşayan bu ailənin yanına yollanıb. Hadisə dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib. Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın zamanı evdə yalnız...
Cəmiyyət
Tunellərdə gücləndirmə işləri davam etdirilir Bakı metrosunun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti ilin ortalarına təşkil ediləcək. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi B.Məmmədov bildirib ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılm...
Cəmiyyət
Zəhərlənərək ölüb Bakıda naməlum kişi meyiti tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Ağır cinayətlər azalıb Ötən il paytaxtda ümumilikdə 11 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. BakuCity.az məlumat verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. O bildirib ki, 2018-ci illə m...
Cəmiyyət
Alternativ küçə və prospektlərdən keçəcəklər Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək. BakuCity.az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məh...
Kriminal
Bundan əvvəl də ittiham olunub Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. BakuCity.az xəbər verir ki, bu barədə rayon polis bölməsindəki mənbə Oxu.az-a bildirib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib. Lakin sürücü pnevmatik...