Polkovnik Hikmət Abbasov rəis təyin edilib
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.
Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.
İşdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
BakuCity.az