Bakıda boş taksofon köşkləri, yoxsa reklam dirəkləri? - Sahibləri də bilinmir - FOTO

Bu köşklər şəhər küçələrindən yığışdırılacaq?

Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur. 

BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət həmin qurğulara telefon və elektrik xətlərinin çəkilişini təmin edərsə, “Baktelecom” tərəfindən veb-taksofonların yerləşdirilməsi həyata keçirilə bilər:

“Bakı Telefon Rabitəsi” MMC-nin balansına daxil olan 317 ədəd taksofon aparatından 208 ədədi kart və qəpiklə işləyən universal, 80 ədədi isə internetə çıxışı olan veb-taksofondur. 29 ədəd telekart-taksofon da mövcuddur ki, onlar hərbi hissələr, penitensiar xidmət müəssisələri və rayon polis idarələrində yerləşdirilib”.

Qeyd olunub ki, cari il ərzində paytaxt ərazisində taksofonlar üzrə 2,5 milyona yaxın danışıq sayı qeydə alınıb:

“Aparatlardan istifadə zamanı 5, 10, 20 və 50 nominallı qəpiklər, eləcə də taksofon kartları daxil etmək lazımdır. Taksofon kartlarının satışı 2, 4 və 6 saylı Rabitə Xidmətləri mərkəzlərində həyata keçirilir. Danışıq zamanı istifadəçi mobil şəbəkəyə zəng edərsə, qiymət 1 dəqiqə üçün 0.10 AZN, şəhərlərarası danışıqlarda 0.05 AZN, lokal (stasionar telefon) zənglərdə isə 0.02 AZN təşkil edir”.

Qurumdan bildirilib ki, son dövrlər müasir veb-taksofonların istifadəsinə üstünlük verilir:

“Veb-taksofonlar internet şəbəkəsi ilə yanaşı, USB-girişlə təmin olunduğundan istifadəçi fleşkart vasitəsilə hər hansı yükləmə əməliyyatını icra edə bilər. Eyni zamanda, veb-taksofonlar vasitəsilə enerjisi tükənən mobil cihazı enerji ilə təchiz edə bilərlər”.

“Baktelecom”dan onu da deyiblər ki, yeni açılmış metro stansiyaları, dayanacaq və ya nəqliyyat mübadilə mərkəzlərinə sakinlərin axınını nəzərə alaraq, bir sözlə, tələbat yarandığı halda qurum tərəfindən müasir standartlara cavab verən veb tipli taksofonlar quraşdırılır.

Qeyd edək ki, dünya praktikasında taksofon xidməti gəlir mənbəyi kimi deyil, zəruri hallarda qısa nömrələrə təcili zənglərin edilməsini təmin edən social yönümlü xidmətdir. Belə ki, mobil telefondan istifadə etməyən kütlə az olsa da var. Digər tərəfdən, mobil telefonların balansı və enerjisi bitə bilər. 

Bununla belə, hazırda üzərinə reklam kağızlarının yapışdırıldığı taksofon köşklərinin hansı şirkətlər tərəfindən quraşdırıldığı barədə sualımız cavabsız qaldı. Növbəti sual yaranır: “İçində taksofon olmayan bu köşklər şəhər küçələrindən yığışdırılacaqmı?”

Məsələ diqqətimizdədir. 

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı taksofon köşklər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlanıb. Koronavirusun Çinin Uhan şəhərindən dünyaya yayıldığı artıq hər kəsə bəllidir.  Ancaq ABŞ Xəstəliklərin Nəzarəti və Qorunması Mərkəzi tərəfindən aparılan bir araşdırma sensasiya doğuracaq nəticə ortaya çıxarıb. BakuCity.az xəbər verir ki, ABŞ alimləri koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlayıblar. Araşdırmada virusun qaynağı haqda konkret bir söz deyilməsə də, koronavir...
Kriminal
Paytaxtda tanışını qətlə yetirən şəxs tutulub. Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətl...
Ekologiya
Bakıda 5 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, günd...
Cəmiyyət
Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H. Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazım...
Cəmiyyət
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. BakuCity.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün...
Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...