İordaniya Kralı Bakıda - FOTO

İordaniya Kralı Bakıda - FOTO

Dövlət başçıları təkbətək görüşüblər

Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib. İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İordaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.

İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-1 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-2 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-3 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-4 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-5 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-6 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-7 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-8 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-9 İordaniya Kralı Bakıda - FOTO, fotoşəkil-10

BakuCity.az

İlham Əliyev İordaniya II Abdullah
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər