Uşaqlarına işgəncə verildiyi deyilən ata və ögey ana efirdə: "Babaları böhtan atır" - VİDEO

"Özləri uşaqları bu cür ediblər"

Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər.

X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını qırdılar. Birinci xanımımın atası bizi döydü. Əlimizdə bununla bağlı ekspertiziya rəyi var. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Təkcə qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər. Uşaqları oktyabrın 22-dən aparıblar”.

Ögey ana Nuranə isə uşaqlara çox yaxşı baxdığını, uşaqları onlardan almaq üçün belə addım atdıqlarını qeyd edib:

Həmçinin oxu: Bakıda ata və ögey ananın işgəncə verdiyi uşaqların babası: “Xahiş edirəm, kömək edin” - VİDEO

“Guya yemək verməmişik. Allaha and olsun ki, belə şey yoxdur. Guya, ağızlarına istiot basmışam”.

Qeyd edək ki, iddiaya görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini X.Əkbərov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib. 

Hadisə ilə bağlı cinayət işi açılıb.

BakuCity.az

Bakı azyaşlılar işgəncə ögey ana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Siyasət
Avropa komissarı da gələcək  Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək. Energetika Nazirliyindən BakuCity.az-a bildirilib ki, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmər...
Hadisələr
Ərazi polislər tərəfindən mühasirəyə alınıb Bakı şəhərinin Binəqədi rayonunda əl qumbarası tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a verilən məlumata görə, yanvarın 22-si saat 13:34-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən 9...
Cəmiyyət
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da keçiriləcək 2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub DİM-dən BakuCity.az-a verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanlar...
Cəmiyyət
"Jeep" əks yola çıxıb Bakıda 90-VH-607 dövlət nömrə nişanlı, “Jeep” markalı avtomobil əks yola çıxmağına peşman olub.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı avtomobilin sürücüsü həmin şəxsi qaydaları pozduğuna görə peşman edib.  Avtomobillər bir neçə dəqiqə yolun ortasında hərəkətsiz dayanıb. Daha sonra “Jeep” qismən sağa manevr edərək “Niva”ya yol verməli olub. BakuCity.az
Cəmiyyət
"Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq" "Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”. BakuCity.az xəbər verir ki, Bunu Qaynarinfo-ya "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib. Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb: "Belə ki, 20...
Kriminal
Avtobuslarda da cibgirlik edib Daxili İşlər Nazirliyinin (DİN) xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsünü yayıb. DİN-in Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Keçirilən əməliyyat...
Cəmiyyət
Avtobuslarda xüsusi mexanizm quraşdırılıb 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar s...
Mədəniyyət
Mahnının xronometrajı maksimum 3 dəqiqə olmalıdır "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən BakuCity.az-a bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını [email protected] elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər. Azərbaycan üzrə rəsmi y...
Cəmiyyət
Satışına məhdudiyyət qoyulmuş həblər tapılıb Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar. Bu barədə BakuCity.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər saki...