Bakıda yeni inşa olunan binanın sakinləri 10 ildir çıxarış ala bilmirlər

"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür"

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib. 

Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya daxil olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunan və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından edirik. Artıq bir neçə gündür ki, televiziya, mətbuat və sosial şəbəkələrdə problemin əsl mahiyyəti barədə məlumatlar işıqlandırılıb və bir daha qarşılaşdığımız problemi diqqətinizə çatdıraraq problemin ictimailəşdirilməsində yardımçı olmağınızı xahiş edirik. Nəzərinizə çatdırım ki, yaşadığımız binalar 10 ildən artıqdır inşa olunub sakinlərə satılmasına, MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq binaların istismara qəbulu və qeydiyyata alınması üçün MTK heç bir addım atmayıb.

Nəhayət, 19 fevral 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma, təəssüflər olsun ki, "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır. 

Əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da, protokoldan çıxarışın alınması problemə çevrilib. MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə, təqribən, 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bugünkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə fərq yoxdur. Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla sahələr nəinki artıq, hətta əskik gəlir.

Əskik sahələr 2-3, 5, bəzi mənzillərdə hətta 10 kvadrat metrdən artıqdır. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə görə, MTK balkon və terasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalı, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq, biz balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətta bu halda belə sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır. MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur. Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib - hər kv.m. üçün, təqribən, 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı, gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Çünki bir sıra sakinlər çıxarışları aldıqdan sonra artıq sahəyə görə alınan vəsaitlərin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldıracaqlarını gizlətmirlər".

BakuCity.az

Bakı bina çıxarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
10 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Karyerasına Niderlandda başlayıb Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. BakuCity.az məlumat verir ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran A.Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub. BakuCity.az
Cəmiyyət
Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib...
Cəmiyyət
Söküntü etirazlara səbəb olmuşdu “Sovetski” ərazisində söküntü işləri dayandırılıb. BakuCity.az Report-a istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı. Sakinlər arasında söküntüyə etiraz edənlər olub. BakuCity.az
Hadisələr
Bütün əşyalar külə dönüb Son günlər sosial şəbəkələrdə yayılan bu görüntüləri kövrəlmədən izləmək yəqin ki, mümkün deyil. BakuCity.az xəbər verir ki, Baku TV əməkdaşları vəziyyətlə maraqlanmaq üçün Abşeron rayonu Məmmədli kəndində yaşayan bu ailənin yanına yollanıb. Hadisə dekabrın 29-dan 30-na keçən gecə elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib. Nəticədə 3 otaqlı ev bütün əşyaları ilə birlikdə külə dönüb. Yanğın zamanı evdə yalnız...
Cəmiyyət
Tunellərdə gücləndirmə işləri davam etdirilir Bakı metrosunun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti ilin ortalarına təşkil ediləcək. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi B.Məmmədov bildirib ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılm...
Cəmiyyət
Zəhərlənərək ölüb Bakıda naməlum kişi meyiti tapılıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Ağır cinayətlər azalıb Ötən il paytaxtda ümumilikdə 11 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub. BakuCity.az məlumat verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib. O bildirib ki, 2018-ci illə m...
Cəmiyyət
Alternativ küçə və prospektlərdən keçəcəklər Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək. BakuCity.az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məh...
Kriminal
Bundan əvvəl də ittiham olunub Bakının Xətai rayonunda bir kişi onu dayandırmağa çalışan polis işçilərinə silahlı müqavimət göstərib. BakuCity.az xəbər verir ki, bu barədə rayon polis bölməsindəki mənbə Oxu.az-a bildirib. Bildirilib ki, yanvarın 16-na keçən gecə saat 03 radələrində Naximov küçəsində naməlum şəxs “Mercedes” markalı avtomobilini qapısı açıq şəkildə idarə edib. Bunu görən polis əməkdaşları sürücüyə dayanmasını əmr edib. Lakin sürücü pnevmatik...