Bakıda "KamAZ" iki tələbəni vurub öldürdü - HADİSƏ ANININ VİDEOSU

Bakıda "KamAZ" iki tələbəni vurub öldürdü - HADİSƏ ANININ VİDEOSU

Yük maşınının sürücüsü saxlanılıb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Həmçinin oxu: Arxadan gələn maşına yol vermədi: ana və uşağı yaralandı - VİDEO

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

BakuCity.az

Bakı tələbələr qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər