Yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub
Dekabrın 10-da səhər saatlarında Bakının Binəqədi rayonunda tikinti materiallarının satıldığı “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib.
BakuCity.az xəbər verir ki, bütün bazarı əhatə edən yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda texnika və canlı qüvvəsi, 3 helikopteri və amfibiya təyyarəsi, həmçinin 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb olunub.
Həmçinin oxu: Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO
Yanğın zamanı 8 nəfərə yerində ilkin tibbi yardım göstərilib. 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın baş verən ərazidən son görüntülər: