Ali məktəbə hazırlaşırdılar
Ötən axşam Bakıda baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, Binəqədi rayonundakı qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.
Həmçinin oxu: Bakıda dəhşətli qəzada ölən tələbənin sevgi məktubu tapıldı - FOTO
Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üstündən keçib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.