Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq

Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq

Paytaxtda üç turizm informasiya mərkəzi fəaliyyət göstərir

Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq.

BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə  Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər.

"Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb. Hazırda mərkəzin digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Düşünürük ki, bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq", - deyə F. Nağıyev qeyd edib.

Həmçinin oxu: Bakıda turist avtobusları yeni istiqamətdə hərəkət edəcək

Agentliyinin sədri əlavə edib ki, bu gün paytaxtda (Bakı Dənizkənarı Parkda, hava limanında və Nizami küçəsində) üç turizm informasiya mərkəzi fəaliyyət göstərir. 

"Mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar. Bəzən isə elə məsələlər olur ki, turistlərə  agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin, informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası, turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır", - deyə Agentliyin sədri bildirib.

BakuCity.az

Bakı turistlər dəstək mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər