Bakıda mağazaları yanan sahibkarlar aksiya keçirib yolu bağladılar - VİDEO

Bakıda mağazaları yanan sahibkarlar aksiya keçirib yolu bağladılar - VİDEO

Sahibkarlar kompensasiya tələb edirlər

Bakıda "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər.

BakuCity.az "Qaynarinfo"ya istindən xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərə görə kompensasiya verilməsini istəyirlər.

Mağazası yananlardan biri ona 100 min manatdan çox zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.

Həmçinin oxu: Bakıda tikinti bazarının yanğından sonrakı vəziyyəti - VİDEO

Qeyd edək ki, güclü yanğın ötən gün səhər saatlarında baş verib. Bir çox mağaza içərisində mallarla birgə yanıb.

BakuCity.az

Bakı yanğın sahibkarlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər