Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO

İşgəncələrə məruz qalmış uşaqlar atanın ikinci evliliyindəndir

"Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz, boğazınızı kəsib kanala tullayacağam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı".

Bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Qulu ona və qardaşı Hüseynə edilən işgəncələri "BizimləSən" proqramında danışıb. Uşaqların söylədikləri babanın və xalanın söylədikləri ilə üst-üstə düşüb.

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO, fotoşəkil-1

                       İşgəncələrə məruz qalmış Qulu və Hüseyn

Qulu və Hüseyn atanın və ögey ananın yanına qayıtmaq istəmədiklərini, anaları bildiyi Tərgül xala ilə qalmaq istədiklərini bildirib. Tərgül xanım bacısının sağlığında da bu uşaqlara analıq edib. Bacı qaraciyər serrozundan əziyyət çəkirdi.

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO, fotoşəkil-2

                       Qulu və Hüseynin xalası Tərgül xanım

Adıçəkilən ögey ana və doğma ata dünən "Səni axtarıram" proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib. Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi - baba ilə xalanı böhtan atmaqda günahlandırıb. Əksinə, uşaqların onların döydüyünü deyiblər.

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO, fotoşəkil-3

                       Uşaqlara işgəncə vermiş ögey ana Nuranə və doğma ata Xəqani

Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Bərdə rayonunun Böyükgöyüşlü kəndindən olan Nuranə Fazil qızı ilə evlənib.

Xəqani Nüranənin beşinci həyat yoldaşıdır. Qadın bundan əvvəl 4 dəfə ailəli olub və bu evliliklərdə uşağı olmayıb. Maraqlıdır ki, Xəqani dünən "Səni axtarıram" proqramında Nüranənin 4 aylıq hamilə olduğunu söylədi.

Həmçinin oxu: Bakıda ata və ögey ananın işgəncə verdiyi uşaqların babası: “Xahiş edirəm, kömək edin” - VİDEO

Nüranə isə Xəqaninin üçüncü həyat yoldaşıdır. İlk evliliyindən bir oğlu var, hazırda əsgərlikdədir. İşgəncələrə məruz qalmış Qulu və Hüseyn ikinci evliliyindəndir.

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO, fotoşəkil-4

Qeyd edək ki, Azərbaycanda anaları vəfat etmiş iki azyaşlı qardaşın ögey ana və atası tərəfindən işgəncələrə məruz qalması ictimaiyyətin qəzəbinə səbəb olub. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babanın yanındadır. Onların atasının himayəsindən alınıb babaya verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO, fotoşəkil-5

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

BakuCity.az

Bakı azyaşlılar işgəncə ögey ana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər