Bakıda sabahın havası açıqlandı

Bakıda sabahın havası açıqlandı

Yağmursuz olacaq

Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BakuCity.az

Bakı hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər