Bakıda maaş kartı ilə gediş haqqını ödəyə biləcəyik

Bakıda maaş kartı ilə gediş haqqını ödəyə biləcəyik

Bu sistem bir sıra iri şəhərlərdə işləyir

Gələn il Azərbaycan vətəndaşları Bakıda ictimai nəqliyyatda gediş haqlarını birbaşa “MasterCard” vasitəsilə ödəyə biləcək.

BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar ilin yekunlarına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu sistem London, Ankara, Sankt-Peterburq və Moskva kimi iri şəhərlərdə işləyir.

Həmçinin oxu: Bakıda ictimai nəqliyyatda gediş haqqı dəyişdirilə bilər

E.Çakarın sözlərinə görə, Bakıda da bu sistemi tətbiq etmək lazımdır:

“Bu gün Bakı regional miqyasda iri şəhərə çevrilib, hər il turistlərin sayı artır. İctimai nəqliyyatda plastik kartla ödəniş sistemini tətbiq etmək zərurəti yaranıb və “MasterCard” bu tapşırığı öhdəsinə götürür”.

O əlavə edib ki, bununla paralel olaraq “MasterCard” “Bakıkart”la birgə ödəniş kartının müəyyən olunan limiti başa çatdıqdan sonra avtomatik doldurulması ilə bağlı layihəni müzakirə edir.

BakuCity.az

Bakı kart gediş haqqı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər