Bakı restoranları Yeni ildə müştərilərinə nə vəd edir? - Bayram şouları, menyu, QİYMƏTLƏR

Qonaqları Yeni il sürprizləri gözləyir

Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək?

BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb.

Türkiyənin tanınmış müğənnisi gecədə qonaq olacaq

“Grand Opera” restoranı da Yeni il gününə özəl proqramlar hazırayıb.

Restoranın icraçı direktoru Emil Abbasov saytımıza bildirib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xüsusi şou proqram nəzərdə tutulub:

“Qonaqlar saat 20:00-dan başlayaraq qəbul olunacaq, 21:00-da isə tanınmış ulduzlardan Günay İbrahimli, Ədalət Şükürov, Samir Piriyev və Miri Yusifin iştirakı ilə bayram proqramına start veriləcək. Gecənin aparıcısı Elvin Mərdanlı olacaq. Gecə saat 12 tamamdan sonra isə Aleyna Tilki səhnəyə daxil olacaq.

Sürprizlərə gəlincə, həmişə olduğu kimi, bu il də Yeni ili bol hədiyyələrlə qarşılayacağıq. Gecənin aparıcısı proqramın bu hissəsini əyləncəli şouya çevirəcək.

Məkanda xarici mətbəxt nümunələri və balıq məhsulları da olacaq. Alkoqollu içkilərdən isə yalnız xarici məhsullar servis ediləcək. Menyumuza daxil olan hər şey limitsiz veriləcək”.

Məkana xas özəlliklər

E.Abbasov qeyd edib ki, “Grand Opera”da hər şey – istər servis, istərsə də mətbəx tamamilə fərqlidir:

“Hazırda menyumuza salınan yeməklər sırf Avropa mətbəxtinə uyğundur. Burada təkrara yer verilmir və əminliklə deyə bilərik ki, Yeni il günü də müştərilərimiz yeniliklərlə qarşılaşacaqlar. Həmin gün qiymətlərimiz də fərqli olacaq.

7 yaşına qədər uşaqlar üçün giriş ödənişsizdir, 7 yaşdan 12 yaşa qədər uşaqlar üçün 50% endirim, 12 yaşdan yuxarı uşaqlar üçün isə tam ödəniş nəzərdə tutulub. 250 manatdan başlayan qiymətlər 300-400 manat arasında dəyişəcək. Bütün menyularımız standartdır, qiymətlərdə fərq sadəcə masa sayına görə olacaq”.

Yanvar və fevral aylarında toy mərasimini “Grand Opera”nın Kristal zalında qeyd edəcək müştərilərə Yeni il proqramına biletlər hədiyyə edilir.

Ünvan: Çobanzadə küçəsi 332 A
Tel: (+99450) 288 4525; (+99455) 555 09 09; (+99412) 421 00 00; (+99412) 375 09 09

Məkan yeni və möhtəşəmdir

“Secret Garden” restoranı da müştəriləri üçün bayram şousu hazırlayır.

Məkanın sahibi İntiqam Xankişiyev saytımıza açıqlamasında deyib: “Restoran “Midway Hotel”in birinci mərtəbəsində yerləşir. Hər iki məkan 2019-cu il iyulun 1-dən fəaliyyət göstərir. Hotel istifadəyə verildiyi vaxtdan burada yerli və xarici qonaqlara xidmət göstərmək üçün restoranı da müştərilərin ixtiyarına verdik. Hazırkı dizaynımız da yenidir, daha çox milliləşdirmək məqsədilə dəyişikliklər etmişik. Çalışırıq ki, müştərilərimizə gündəlik şou proqramlar təklif edək. Məqsədimiz əyləncə ilə milliliyi xüsusi dadlı təamlarla bir arada təqdim etməkdir. Təbii ki, buraya milli rəqslərimiz də daxildir ki, gələn turistlər istədikləri kimi dincələ və əylənə bilsinlər”. 

Restoran ailəvi istirahət üçün əlverişlidir

Məkan qapalı olduğu üçün burada siqaret və qəlyan, ümumilikdə tütün məhsullarından istifadəyə qadağa qoyulub. Ona görə də uşaqlı ailələr rahat şəkildə “Secret Garden”i seçə bilirlər. Restoran, əsasən, milli mətbəx növlərini təqdim edir, amma 5 ulduzlu hotelin tərkibində olduğuna görə standartlara cavab vermək məqsədilə burada Asiya və Avropa mətbəxi də var. Hər bir mətbəxin isə xüsusi aşpazı var.

Yeni il bayramına özəl şou proqram

İ.Xankişiyev Yeni il bayramı münasibətilə məkanda təşkil olunan şou proqram barədə də məlumat verib: 

“Hoteldə qalan qonaqlar və bayramı bizimlə qeyd edəcək yerli, həmçinin xarici müştərilər üçün xüsusi gecə təşkil ediləcək. Gecədə simvolik personajlar – Şaxta baba, Qar qız, musiqili qonaqlar, lotoreya oyunu (xaricə və bölgələrə istirahətə getmək üçün iki nəfərlik bilet, şam yeməkləri və müxtəlif hədiyyələr), lazer, fokus, həmçinin digər şoular olacaq. Bir sözlə, bu bizim restoranın ilk Yeni ilidir və çalışacağıq ki, uşaqdan böyüyə qədər hər kəs bizimlə birlikdə yaddaqalan gün keçirsin”.

Musiqili proqramda müğənni Roza Zərgərli öz ansamblı ilə birlikdə axşam saat 20:00-dan səhər saatlarına qədər çıxış edəcək. Amerikadan gələn müğənni Jasmin də qonaq olacaq.  DJ isə, öz növbəsində, səhərə kimi qonaqları elektra musiqilərlə əyləndirəcək.

Məkanın özəlliyi

İ.Xankişiyevin sözlərinə görə, “Midway” qrupu olaraq məqsədləri ilk növbədə şəxsi heyətin gülərüz olmasıdır ki, bu qayda restoran üçün də keçərlidir:

“Qiymətlərimiz nə bahadır, nə də ucuz, amma həm yerli, həm də xarici ərzaq məhsullarımız, içkilərimiz lazımi standartlara cavab verir. Sadəcə Yeni il proqramımız deyil, yanvar ayından başlayaraq sonrakı proqramlarımız da maraqlı olacaq. Misal üçün, yanvarın 1-i İran, 2-si ərəb gecələri olacaq. Yanvarın 3-dən etibarən hər gün təqribən 35-40 manatlıq (adambaşına) banket menyumuz və s. olacaq”.

Həmçinin oxu: Yeni ili Bakının hansı restoranında qeyd edək? - Bayram proqramı + QİYMƏTLƏR

“Secret Garden” 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı üçün nəzərdə tutulan biletləri 6 yaşa qədər uşaqlara pulsuz, 6 yaşdan 12 yaşa qədər uşaqlara 50% endirimlə, 12 yaşdan yuxarı uşaqlara isə tam ödənişlə təklif edir. Qiymət 200 AZN-dir. Qiymətə daxildir: limitsiz yemək + içkilər və sabaha kimi şou proqram. Bayramı bu restoranda qeyd etmək istəyən müştərilərin rahatlığını nəzərə alaraq, məkan Yeni il günü maksimum 160 nəfərlik nəzərdə tutulub.

Ünvan: Nizami küçəsi, 77C
Tel: (+99412) 595 05 40 

“Baku City”də Yeni ili ulduzlu şou-proqramla qeyd edin

“Baku City” restoranı Yeni ilə özəl proqram və qiymət təklif edir. Restoranın musiqi rəhbəri Rauf Kamaloğlu saytımıza açıqlamasında 31 dekabr – Yeni il sürprizlərindən danışıb.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılıarının Həmrəylik Gününü və Yeni ili “Baku City” restoranında qeyd etməliyik, çünki bayram gecəsi məhz bu məkanda maraqlı olacaq:

“Dekabrın 31-i restoranımızda populyar ulduzlar – Vasif Məhərrəmli, Rüfət Axundov, Nadir Qafarzadə, İradə Mehri, Səbinə Selcan, Şəbnəm Tovuzlu, Nəfəs və bir çox digər müğənnilər, həmçinin rəqqasların iştirakı ilə şou proqram olacaq. Sabaha qədər davam edəcək proqramda aşıq musiqilərinə də yer ayrılacaq. Həmçinin bayrama özəl gecəmizdə qonaqlarımız milli mətbəxin istənilən təamını sifariş verə biləcəklər”.

Qonaqları sürprizlər gözləyir

R.Kamaloğlu Yeni il gecəsində restoranda auksion keçiriləcəyini də deyib:

“Bu gecəyə özəl isə Şaxta baba, Qar qız və animatorlar olacaq. Bizdə hər il Yeni il axşamı müxtəlif maraqlı sürprizlər olur ki, bu il də ənənəmizə sadiq qalmışıq. Çalışacağıq ki, qonaqlarımız üçün bu gecə daha da yaddaqalan olsun”.

“Baku City” restoranı müştəriləri üçün sadəcə diskoteka təşkil etmir, burada canlı ifa, canlı musiqi də var. Ümumilikdə isə milli musiqilərimizə üstünlük verilir. Məkanın geniş olması qonaqlar üçün xüsusi rahatlıq deməkdir. Restoranda şou proqram hər gün yenilənir, hər dəfə yeni müğənnilər olur. Yeməklər isə çoxçeşidlir.

“Hər il olduğu kimi, bu il də uşaqlar üçün maraqlı Yeni il şənliklərimiz var və artıq yerlərimiz rezerv olunmağa başlayıb. Ötən illərdə Yeni ili bizdə qeyd edən məktəblilər xidmətlərimizdən çox razı qalıblar”, - musiqi rəhbəri bildirib.

Qiymətlərə gəlincə, R.Kamaloğlu qeyd edib ki, Yeni ildə, adətən, paytaxt restoranlarında süni bahalaşma olsa da, bunun “Baku City”yə aidiyyəti yoxdur:

“Burada Yeni ili qeyd etmək istəyən hər bir nəfər üçün 70-100 manat arası ödəniş nəzərdə tutulub. Amma bu qiymət də yekun deyil – sadəcə 70 AZN də ola bilər. Menyuya zövqə və seçimə görə şərab, kabab və salatlar daxildir”.

“Baku City”də Yeni ili qeyd etmək istəyən hər kəs bu gecədə özü ilə istədiyi spirtli və spirtsiz içkini gətirə bilər. 

Ünvan: Tbilisi prospekti, 32
Tel: (+99455) 211 34 13; (+99470) 716 57 57

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.Az

Bakı restoranlar bayram şousu Yeni il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub 25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub. BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bili...
Cəmiyyət
Ayın 30-dan tətbiq olunacaq Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 30.01.2020-ci il tarixindən 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Qeyd edək ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş...
Ekologiya
Səhər duman olacaq Yanvarın 26-da Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan...
İdman
İlin sonuna kimi Bakı klubunda olacaq “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BakuCity.az xəbər verir ki, komanda George Antonla razılığa gəlib. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. BakuCity.az
Cəmiyyət
Quduzluq əlaməti olub Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını də...
Cəmiyyət
10-a yaxın sürücü cərimələnib Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq...
Hadisələr
6 nəfər xəsarət alıb Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a bildirilib ki, bu gün saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyn...
Cəmiyyət
Bərpa işlərini Avstriya şirkəti həyata keçirib İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, h...
Hadisələr
Ölüm səbəbləri araşdırılır Bakıda bankda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib. Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır. BakuCity.az