Bakıda gecələr bu geyimdən istifadə edin - Yol polisindən TÖVSİYƏ

"Hər kəsin bu təbliğata qoşulmasını istəyirik"

Yol polisi Bakıda son günlər piyadaların ölümü ilə nəticələnən hadisələrin artması ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BakuCity.az-a bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır:

"Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyəcan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Daxili İşlər Nazirliyinin rəhbərliyini çox ciddi narahat edir. “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümidir, qaranlıq tez düşür.

Həmçinin oxu: Bakıda "KamAZ" iki tələbəni vurub öldürdü - HADİSƏ ANININ VİDEOSU

İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir.

Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamlıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər. 

Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik”.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.

BakuCity.az

Bakı piyada yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 14 avqustda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilənməlumata görə,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-31,  Bakıda  gecə 21-23, gündüz  29-31 dərəcə is...
Kriminal
Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib. Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş H.Məlikovun, T.Əliyevin və V.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini E.Kazımovun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu soyğunçuluq yolu ilə almaları da müəyyən edilib. BakuCity.az
Kriminal
Yaşayış yerini tərk Covid-19-a yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydala...
Cəmiyyət
Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.  BakuCity.az xəbər verir ki, Azərbaycanda əhalinin böyük maraqla gözlədiyi "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılmasıdır.  Hələlik hər iki ticarət mərkəzinin fəaliyyəti ilə bağlı qərar verilməsə də, sosial şəbəkədə iri ticarət mərkəzlərinə olan tələbatla bağlı geniş müzakirələr aparılır...
Cəmiyyət
Bakıda müəllim dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib. Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib. BakuCity.az xəbər verir ki, bu barədə Ali Məktəbdən məlumat verilib.  Məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən h...
Cəmiyyət
Dondurulmuş toyuq qanadlarında koronavirus aşkarlanıb. Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb. BakuCity.az xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi. Bu proseslər çərçivəsində toyuq qanadlarından...
Kriminal
Bakıda "9933" taksi şirkətinin sürücüsü sərnişini baltalamağa çalışıb. BakuCity.az xəbər verir ki, Bakıda "9933" taksi şirkətinin sürücüsü "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib. Bu barədə demokrat.az-a danışan Nahid Canbaxışlının sözlərinə gərə, dünən saat 20:07-da sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra - 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb: "Taksi sürücüsü məni Binə qəsəbəsində ev...
Cəmiyyət
Paytaxtda gələn həftədən iri ticarət mərkəzləri açılır? Xəbər verildiyi kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarl...
Cəmiyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. İdarədən BakuCity.az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli...