Bakıda uşaqlarını döyən ata həbs olundu, ögey ana nəzarətə götürüldü - RƏSMİ

Ögey ana hamilə olduğu üçün polisin nəzarəti altına verildi

Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Prokurorluqdan BakuCity.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirərək 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

Həmçinin oxu: Bakıda ögey ananın işgəncə verdiyi uşaq: "Bıçağı qardaşımın boğazına dirəyib deyirdi ki..." - VİDEO

İstintaq zamanı azyaşlılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.

X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunub, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 16 həftəlik hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə azyaşlılar barəsində əlavə komissiyon məhkəmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizaları təyin edilib, bundan başqa, onların “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilməsi məqsədilə atası X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün əsaslar olduğu halda müvafiq tədbir görülməsini təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Sabunçu və Ağcabədi rayon İcra hakimiyyətlərinə müraciət olunub. Eyni zamanda azyaşlıların müalicə və sosial reabilitasiyasının həyata keçirilməsi, onların mövcud vəziyyətə adaptasiyasının təmin edilməsi və psixoloji durumlarının korreksiya olunması məqsədilə peşəkar mütəxəssislər cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı azyaşlılar işgəncə ögey ana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub 25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub. BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bili...
Cəmiyyət
Ayın 30-dan tətbiq olunacaq Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 30.01.2020-ci il tarixindən 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Qeyd edək ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş...
Ekologiya
Səhər duman olacaq Yanvarın 26-da Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan...
İdman
İlin sonuna kimi Bakı klubunda olacaq “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BakuCity.az xəbər verir ki, komanda George Antonla razılığa gəlib. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. BakuCity.az
Cəmiyyət
Quduzluq əlaməti olub Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını də...
Cəmiyyət
10-a yaxın sürücü cərimələnib Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq...
Hadisələr
6 nəfər xəsarət alıb Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a bildirilib ki, bu gün saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyn...
Cəmiyyət
Bərpa işlərini Avstriya şirkəti həyata keçirib İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, h...
Hadisələr
Ölüm səbəbləri araşdırılır Bakıda bankda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib. Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır. BakuCity.az