Bakının bu kinoteatrında komediya filmlərinin nümayişi dayandırılacaq

Bakının bu kinoteatrında komediya filmlərinin nümayişi dayandırılacaq

Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edildi

Dekabrın 12-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar repertuarda dəyişikliklər edilib.

BakuCity.az xəbər verir ki, mərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxıl edilib.

Filmin seansları 13:10 və 15:30-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.

Həmçinin dekabrın 12-də komediya filmlərinin nümayişi dayandırılacaq.

BakuCity.Az

Bakı Nizami kinoteatrı film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər