Sabunçuda un məmulatları alarkən diqqətli olun - FOTO

Sabunçuda un məmulatları alarkən diqqətli olun - FOTO

Avadanlıqların istismar müddəti də keçib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir neçə sahəsi istehsal müəssisəsi üçün əlverişli olmayan materiallardan təşkil olunan arakəsmələr vasitəsilə bölünüb. Müəssisədə istifadə edilən alət və ləvazimatların, sobanın, işçi masaların, listlərin, qabların və çörək yığılan rəflərin istismar müddəti keçdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisədə istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb.

Yoxlama zamanı işçilərin sanitar geyimlərlə təmin olunmadığı, havalandırma sisteminin istismara yararsız olduğu müəyyən edilib.

Həmçinin oxu: Bakıda un məmulatları sexində xoşagəlməz mənzərə - FOTO

Eyni zamanda işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar və xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.

Müəyyən olunub ki, müəssisədə qablaşdırılan hazır məhsulların markalanmasında tələblərə düzgün əməl olunmur. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sabunçuda un məmulatları alarkən diqqətli olun - FOTO, fotoşəkil-1 Sabunçuda un məmulatları alarkən diqqətli olun - FOTO, fotoşəkil-2 Sabunçuda un məmulatları alarkən diqqətli olun - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı sex un məmulatları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər