Bakıda sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar - VİDEO

Bakıda sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar - VİDEO

Pultla nömrəni bağlayırlar

Bakıda hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar.

BakuCity.az Xezerxeber.az-a istinadən xəbər verir ki, “İnstaqram” sosial şəbəkəsində açıq şəkildə satılan xüsusi avadanlıqlar vasitəsilə avtomobilin qeydiyyat nişanını tamamilə gizlətmək mümkün olur.

İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda, sürücü pultun bir düyməsi ilə avtomobilin dövlət qeydiyyat nişanı gizlədir. Son zamanlar sosial şəbəkədə bu cür elanlara tez-tez rast gəlmək mümkündür.

Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq-aydın görünür.

Paylaşılan videolarda artıq bu nömrələrdən istifadə edənlərin olduğu da görünür. Bu avadanlıqların satışı ilə məşğul olanlar isə belə əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

BakuCity.az

Bakı sürücü nömrə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər