Növbəti kastinqin vaxtı açıqlanıb
"The Lobby" klubunda "Miss & Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsinin ikinci kastinqi keçirilib.
BakuCity.Az xəbər verir ki, münsiflər heyətində əvvəlki illərin qalibləri, müsabiqənin əsas koordinatoru və xoreoqrafı Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov, PR layihə meneceri Səxavət Qabiloğlu olub.
Müsabiqədə xarici görünüşü yaxşı olan 16-28 yaşlarında oğlanlar və qızlar iştirak edə bilər.
Tədbirdə “Miss & Mister Azerbaijan 2020” təşkilatçıları növbəti kastinqdə iştirakı açıq elan ediblər. İştiraketmək üçünəvvəlcədənqeydiyyatdankeçməklazımdır.