Paytaxtda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb
YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb.
BakuCity.Az BAKU.WS-ə istinadən xəbər verir ki, dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.
Məlum olub ki, yük avtomobilinin sürücüsü əlildir. Qayda pozan və polisin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb.