“Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft çıxarılıb

“Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft çıxarılıb

“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından indiyədək 498 milyon ton neft çıxarılıb.

BakuCity.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

SOCAR rəsmisi hazırda respublikada neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqları hesabına əldə olunduğunu qeyd edib.

Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündəlik 70 min ton neft və 36 milyon kubmetr qaz hasil edilir.

İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil olunub.

BakuCity.Az

Bakı Günəşli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər