Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ

Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ

Müvafiq profilaktik tədbirlər həyata keçirilir

Hazırda metronun 2002-ci ildə istifadə verilmiş "Həzi Aslanov” stansiyasının əsaslı təmirilə bağlı planlaşdırma işləri həyata keçirilir.

Bakucity.az xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a deyib. B.Məmmədov qeyd edib ki, "Həzi Aslanov” stansiyasındakı hidregeoloji şərait zamanla dəyişdiyindən, əsaslı təmirə ehtiyac var:

"Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansı təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Buna müvafiq olaraq da profilaktik tədbirlər görülür. Korroziya və təmizləmə də metroda daimi olan bir prosesdir.

Dünyada elə metrolar var ki, 40-50 il ərzində öz xüsusiyyətlərini qoruyur. Amma "Bakı Metropoliteni”ndə bu belə deyil. Bizdə xüsusi işçi qruplar var ki, bununla məşğuldurlar. "Həzi Aslanov” stansiyasında 2002-ci ildə Heydər Əliyevin səyləri nəticəsində Avropa İttifaqının ayrıdığı maliyyə vəsaiti hesabına işlər tamamlandı. 17 il sonra stansiyanın təmirinə ehtiyac yaranması normaldır. İşlər çərçivəsində "Həzi Aslanov” stansiyası iki çıxışlı olduğuna görə bağlanmayacaq. Ehtiyac yaranacağı təqdirdə stasniyanın bir çıxışında hərəkət məhdudlaşdırılacaq”.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda planlaşdırmada təmirin hansı istiqamətdə aparılacağı müəyyənləşdirilir:

"Təmir işlərinə gələn ildən başlanacağı nəzərdə tutulub, amma dəqiq vaxt məlum deyil. Hazırlıq işlərindən asılı olaraq təmirin başlanması 2021-ci ilə də qala bilər. Ümumilikdə hərəkətin məhdudlaşdırılması, yaxud stansiyanın bağlanması qərarı tədbirlər planına uyğun verilir”.

BakuCity.Az

Bakı Metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər