Xətai rayonunda yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata göörə, hadisə dekabrın 10-u saat 13 radələrində baş verib.
Naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olub və qadının boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Yaşlı qadın huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Həmçinin oxu: Bakıda evdən çürümüş qadın meyiti tapıldı
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini deyib.
Faktla bağlı Akif Məmiyev barəsində XRPİ-in İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq əməliyyat tədbirləri davam etdirilir.
Bakucity.az