Bakıda evdən meyit tapılıb
Bakucity.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Rayon sakini Telegina Tatyana Andreyevnanın çürümüş meyiti qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub.
Araşdırma zamanı T.Teleginanın ölümündən 10 gündən çox keçdiyi müəyyənləşib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.
BakuCity.Az