Bakıda yanan “EuroHome": Ümumi sığortası 1 milyon manatdan çoxdur

Bakıda yanan “EuroHome": Ümumi sığortası 1 milyon manatdan çoxdur

"EuroHome” ticarət mərkəzində baş vermiş yanğında 150 sahibkara ziyan dəyib.

Bakucity.az Unikal.org-a istinadən xəbər verir ki, obyektin ümumi sığortası 1 milyon manatdan çoxdur. Ümumilikdə ticarət mərkəzində 157 mağaza yanıb. 

"EuroHome” ticarət mərkəzində sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparılır. Dəymiş ziyan müəyyən edilir.

Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib.

BakuCity.Az

EvroHome Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər