85 yaşlı sənətkarın ürəyində problemlər yaranıb
Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.
Bakucity.az BakuWs-ə istinadən xəbər verir ki, hazırda həkim nəzarətində olduğunu bildirən Ceyran Haşımova vəziyyətinin stabil olduğunu deyib.
Həmçinin oxu: Bakının bu rayonlarında pensiya təyinatı ilə qaydalar dəyişir
Qeyd edək ki, Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olub.
1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 Mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət "Lalə" qızlar ansamblını yaradıb. Cehran Haşımovanın rəhbərliyi ilə "Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər verib, milli musiqimizi təmsil edib.