Bakıda sabah yağış yağacaq? - PROQNOZ

Bakıda sabah yağış yağacaq? - PROQNOZ

Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb

Bakucity.az  sabaha olan hava məlumatını təqdim edir.

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Həmçinin oxu: Bakının ətrafındakı magistral avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq

Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

BakuCity.Az

Bakı Sabah Yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər