Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb
Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib.
Bakucity.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib.
Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Həmçinin oxu: Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi
İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəhərləndiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.Az