Bakıda yük maşını altında əzilən Dilarənin anasına SON MESAJI – FOTO

Bakıda yük maşını altında əzilən Dilarənin anasına SON MESAJI – FOTO

Hadisədə iki məktəbli həyatını itirib

Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son mesaj ortaya çıxıb. 

Bakucity.az Cebhe.info-ya istinadən xəbər verir ki, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib.

Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin tək övladı olub. Atası Bəxtiyar Sultanlı illərdir ki, Rusiyada çalışır. Deyilənə görə, son vaxtlar atanın ailəsi ilə əlaqəsi kəsilib. Ata qızının öldüyündən hələ də xəbərsizdir.

Həmçinin oxu: Baş verən qəzada ölənlərin sayı artdı

Xatırladaq ki, dekabrın 10-u Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində 11-ci sinif şagirdləri Tural Cabbarov və Dilarə Sultanlı aldıqları xəsarətlərdən vəfat ediblər.

Bakıda yük maşını altında əzilən Dilarənin anasına SON MESAJI – FOTO, fotoşəkil-1

BakuCity.Az

Bakı Binəqədi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər