"Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək

 "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib

"Qarabağ" futbol klubunun bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyuna görə "Bakı Metropoliteni" QSC saat 00:30-a qədər işləyəcək. 

Bakucity.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir. 

Həmçinin oxu: Bakı metrosunun bu stansiyası bağlanacaq? - RƏSMİ

Məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar metronun "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər. Digər stansiyaların girişi isə adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

BakuCity.Az

Bakı Metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər