Bakıda qazla təmin olunan yeni abonentlərin sayı açıqlandı

Bakıda qazla təmin olunan yeni abonentlərin sayı açıqlandı

Bu ilin 11 ayının statistikası

Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb.

Bakucity.az “Report”a istinadən xəbər verir ki, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür.

Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342 nəfər təşkil edir. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.

BakuCity.Az

Bakı Qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər