Bakının “Ləhiş Bağları”na təbii qaz verildi

Bakının “Ləhiş Bağları”na təbii qaz verildi

“Ləhiş bağları” yeni yaşayış massivindəki evlərə təbii qaz verilib

Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.

Bakucity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.

Həmçinin oxu: Bakıda qazla təmin olunan yeni abonentlərin sayı açıqlandı

Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyata keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.

BakuCity.Az

Bakı qaz təminatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər