Bakıda qadın sürücü qırmızı işıqda keçdi, "Range Rover" körpünün dirəyinə çırpıldı - VİDEO

Bakıda qadın sürücü qırmızı işıqda keçdi, "Range Rover" körpünün dirəyinə çırpıldı - VİDEO

Xəsarət alan var

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığında keçib.

Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Həmçinin oxu: Bakıda təcili yardıma yol verməyən avtomobilin sürücüsü qadın imiş - VİDEO

Zərbənin gücündən “Range Rover” körpünün dirəklərinə dəyərək dayanıb.

Hadisə nəticəsində E.Məmmədovun xəsarət aldığı bildirilir.

Əraziyə Dövlət Yol Polisinin Nərimanov rayon şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı qadın sürücü qırmızı işıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər