Bakıda bir sıra yollarda uzun tıxaclar yarandı

Bakıda bir sıra yollarda uzun tıxaclar yarandı

Yağış yağdı, hərəkət çətinləşdi

Bakıda bir sıra yollarda uzun tıxaclar yaranıb.

BakuCity.az xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Nəticədə paytaxta gələn bir sıra yollarda, o cümlədən Bakı-Sumqayıt şosesində, Sabunçu-Zabrat yolunda böyük sıxlıq yaranıb.

Paytaxtın bir sıra küçə və prospektlərində də, o cümlədən Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, 28 May, Dilarə Əliyeva küçələri, Heydər Əliyev, Babək və Nobel prospektlərinin bir hissəsində sıxlıq yaranıb.

BakuCity.az

Bakı tıxac yağış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər