Yanvarın 1-dən 50 manat ödəməsəniz, cərimə olunacaqsınız

Kimin 100 min manatlıq evi varsa...

Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

BakuCity.az xəbər verir ki, bunu iqtisadçı Əli Əhmədov "Sputnik Azərbaycan"a deyib.

O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Onun sözlərinə görə, obyektlərə və inzibati binalara Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar sığortalanır.

Əslində mənzillərin və evlərin sığortası məcburidir, sığortalanma olmayanda evlərin sahibləri cərimə edilməlidir. Bu məsələ "İcbari sığortalar haqqında" qanunda çoxdan nəzərdə tutulub, amma bunun üzərinə o qədər də ciddi gedilmirdi. Çünki nəzarət mexanizmi tam formalaşmamışdı və bu, mümkün deyildi. Yalnız bir halda – notariusdan keçəndə evləri sığortalamağa məcbur edirlər.

Notarius vasitəsilə evlər alınıb-satılanda, girov qoyulanda və yaxud digər formada əməliyyat aparılanda evlərin məcburi şəkildə sığortalanması tələb edilir və onda evlər sığortalanır.

"Amma indi nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq. Ona görə də bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək və bilinəcək ki, hansı mənzilin sığortası var və ya yoxdur.

Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Bu sistemin qurulması prosesi ilin sonunadək başa çatacaq və 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək", - deyə iqtisadçı qeyd edib.

Sığortanın qiymətlərinə gəlincə, iqtisadçı deyib ki, Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır:

İşləməyənlər də icbari tibbi sığorta olunacaq - Amma...

"Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər. Məsələn, Bakıda ev 50 manata 1 il müddətində sığortalanıbsa, hadisə baş versə, evin sahibinə maksimum 25 min manatadək ödəniş ola bilər. Bu, çox böyük məbləğdir".

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

"Yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. Məsələn, qonşu mənzildən su axıb sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edir", - deyə o, bildirib.

Sığorta məsələsində təzə binalarla köhnə binaların heç bir fərqinin olmadığını vurğulayan Əli Əhmədov, bunun həyət evlərinə aid olduğunu qeyd edib.

"Bakıda bir ev üçün maksimum 25 min manatlıq sığorta ödənişi var. İndiki evlər bahadır, demək olar ki, 40 min manatdan aşağı ev yoxdur. Kimin 100 min manatlıq evi varsa, 25 min manatı çıxmaqla yerdə qalan 75 min manatı ayrıca könüllü sığortalaya bilər və bu, bahalı da deyil. Yəni kiçik məbləğə sığortalaya bilər. Məsələn, 200 manat verib evi tam məbləğdə sığortalamaq olar. Bahalı evlərdə ən yaxşısı odur ki, icbari sığortanın üstünə bir balaca artıq məbləğ ödəyib evi tam məbləğdə könüllü sığortalasınlar", - deyə ekspert əlavə edib.

Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar

Onun dediyinə görə, sığortaya evin əşyaları daxil deyil, ancaq evin konstruksiyası aiddir. Yəni evini sığortalayan şəxs o qədər də böyük məbləğ vermədən əşyalarını da ayrıca sığortalaya bilər. Sığorta şirkətlərinin belə paketləri olur. Bu, 50 manata aid deyil, bunun üçün əlavə ödəniş etmək lazımdır. Məsələn, evdə kiçik yanğın olub və əşyalar yanıb, amma ev salamatdır.

Buna sığorta ödənişi düşmür. Amma evin təmiri xarab olubsa, sığorta ödənişi edilir. Evdə 1000 manatlıq şkaf yanıbsa, sığortanın ona aidiyyəti yoxdur. Amma müştəri evin əşyalarını ayrıca sığortalaya bilər.

Əhmədov qeyd edib ki, əgər ev 50 manata 1 illiyə sığortalanıbsa, yarım ildən sonra gəlib evi sökürlərsə, yarım illiyin sığorta haqqı (25 manat) şəxsə geri qaytarılır: "Bu, belə də böyük məbləğ deyil. Amma ev üçün 50 manat əla məbləğdir ki, evini qoruyasan. Hazırda "kupça"sı olmayanlar da evini sığortalaya bilirlər. Amma bu, vətəndaşın öz müraciətindən asılıdır. Nəzarət "kupça"lar vasitəsilə olacaq. Kimin "kupça"sı yoxdursa, əlində kiçik sənədi varsa belə onunla evini sığortalaya bilər. Adətən sığorta şirkətləri bundan imtina etmirlər. Amma vətəndaşlar evlərini sığortalamaqda maraqlı olmalıdırlar".

Ekspert deyib ki, evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Cərimə olunduqda şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

Professor sığorta bazarındakı vəziyyətdən danışdı: dövlət ciddi tədbirlər görməlidir

İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov deyib ki, Əmlak Məsələri üzrə Dövlət Komitəsi ilə inteqrasiya baş tutduqdan sonra hər bir əmlakın çıxarışında qeyd edilən unikal nömrə istifadə edilərək dəqiq məlumatlara çatmaq mümkün olacaq və elektron qaydada sığorta şəhadətnaməsi hazırlanaraq şəxsin elektron şəxsi kabinetinə göndəriləcək.

Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

BakuCity.az

Bakı icbari sığorta cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az