Evakuatorun üstündəki dəmir "Hyundai"ın şüşəsindən içəri girdi - VİDEO

 Evakuatorun üstündəki dəmir "Hyundai"ın şüşəsindən içəri girdi - VİDEO

Sürücü son anda xilas oldu

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, evakuatorun üzərində olan dəmir parçası sürüşərək, arxadan gələn “Hyundai” markalı avtomobilin ön şüşəsindən girib.

Daha sonra dəmir parçası minik maşınının sükanını qırıb, sürücü hadisədən son anda xilas ola bilib.

BakuCity.az

Bakı evakuator sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər