Bakıda insanlara bıçaqla hücüm edənlərin kimliyi bilindi - TƏFƏRRÜAT + VİDEO

Bakıda insanlara bıçaqla hücüm edənlərin kimliyi bilindi - TƏFƏRRÜAT + VİDEO

Mağazadan spirtli içki oğurlayıblar

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.

Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb.

Onlar bu zaman üzərilərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.

Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı bıçaqla təhdid polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər