Yanğın ümumilikdə 21 min kv.m sahəni əhatə edib
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.
BakuCity.az "Report"a istinadla xəbər verir ki, hazırda "EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.
Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
Həmçinin oxu: Bakıda tikinti bazarında yanğın söndürüldü: ilkin səbəbi açıqlandı - YENİLƏNİB + FOTO/VİDEO
Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.
Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib.
BakuCity.az